Xəzər Xəbər

Cennifer Lopez gözyaşlarını saxlaya bilmədi

Şou Biznes | 14:50 • 12 Sentyabr 2019
Cennifer Lopez gözyaşlarını saxlaya bilmədi

Cennifer Lopez "Striptizçi” ("Hustlers”) filmində canlandırdığı performansıyla Oskar mükafatına namizəd ola biləyəcəyi iddiaları qarşısında göz yaşlarına hakim ola bilməyib.

İlin iddialı film istehsallarından olan "Striptizçi”də baş rol oynayan Cennifer Lopez artıq Oskarın ən real namizədlərindən biridir.

Keçmiş striptiz klubu işçilərinin hekayəsi əsasında hazırlanan film 44-cü Beynəlxalq Toronto Film Festivalında nümayişə çıxarılıb.

Radio verilişlərindən birində qonaq Cennifer Lopez Oskar mükafatına namizəd ola biləcəyi iddiaları ilə bağlı söhbət zamanı kövrəlib:

"Dünən gecə filmdəki rolum haqqında tamaşaçıların fikirlərini oxudum. Rəylərə inana bilmədim. Mükafat ala biləcəyimə sevinirəm. İzləyicilərimin də bunu deməsi çox qürurvericidir ".

Xəbər lenti