Xəzər Xəbər

Gürcüstan ilə ABŞ arasında yeni saziş imzalanacaq

Dünya | 14:08 • 11 Sentyabr 2019
Gürcüstan ilə ABŞ arasında yeni saziş imzalanacaq

Gürcüstanın yeni Müdafiə naziri İrakli Qaribaşvili ABŞ Müdafiə nazirinin Ukrayna, Rusiya və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Lora Kuper ilə görüşüb.


Bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.


Məlumatda deyilir ki, görüşdə hərbi sahədə əməkdaşlıq, regional təhlükəsizlik və digər məsələlər barədə fikir mübadiləsi aparılıb. Tərəflər müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq üzrə çərçivə sazişinin yenilənməsi məsələsini müzakirə ediblər. Sənədin İ.Qaribaşvilinin yaxın gələcəkdə ABŞ-a səfəri çərçivəsində imzalanacağı gözlənilir.


İ.Qaribaşvili bildirib ki, Gürcüstan ABŞ ilə hərbi sahədə əməkdaşlığı gücləndirmək niyyətindədir. O, Gürcüstan ilə ABŞ arasında strateji tərəfdaşlığı qeyd edib, müdafiə sahəsində ikitərəfli əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib.


L.Kuper deyib ki, ABŞ Gürcüstan ilə müdafiə sahəsində əməkdaşlığı davam etdirməkdə maraqlıdır. Pentaqon rəsmisi Gürcüstan ilə strateji əməkdaşlığın dərinləşdirilməsi üçün bir sıra imkanların olduğunu qeyd edib. (AZƏRTAC)

Xəbər lenti