Xəzər Xəbər

Azərbaycanda problemli kreditlərin həcmi 1,5 mlrd. manata yaxındır

İqtisadiyyat | 11:05 • 20 Avqust 2019
Azərbaycanda problemli kreditlərin həcmi 1,5 mlrd. manata yaxındır

2019-cu il iyul ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 13482,6 milyon manat təşkil edib.


Xezerxeber.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ümumi kredit portfelinin 10831,3 milyon manatı və ya 80,3%-i uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 97,5%-i banklar, 2,5%-i isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.


Ödəmə vaxtı keçən kreditlərin məbləği 1486,5 milyon manat olub və ümumi kredit portfelinin 11%-ni təşkil edib.

Xəbər lenti