Xəzər Xəbər

Sabahdan ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq

Cəmiyyət | 16:49 • 14 Avqust 2019
Sabahdan ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq

Sabahdan etibarən ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq.


Dövlət İmtahan Mərkəzindən (DİM) xezerxeber.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı "Abituriyent” jurnalının 8-ci nömrəsində dərc olunacaq. Həmin yerlərə ixtisas seçimi avqustun 15-dən 19-dək internet vasitəsilə aparılacaq.


Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı, orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər. Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları "Abituriyent” jurnalının 5-ci nömrəsində dərc olunub.

Xəbər lenti