Xəzər Xəbər

Xorvatiya Cənub Qaz Dəhlizində maraqlıdır

Dünya | 16:43 • 14 Avqust 2019
Xorvatiya Cənub Qaz Dəhlizində maraqlıdır

Xorvatiyanın siyasi həftəlik "7Dnevno” nəşrində və "Geopolitika News” internet portalında "Xorvatiya Cənub Qaz Dəhlizində maraqlıdır” başlıqlı müsahibə dərc olunub.


AZƏRTAC xəbər verir ki, müsahibədə ölkəmizin Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov Azərbaycan-Xorvatiya münasibətlərindən və əməkdaşlığının perspektivlərindən danışıb, ölkəmizin xarici siyasətinin əsas istiqamətləri haqqında sualları cavablandırıb.


Səfir F.Qurbanov Cənub Qaz Dəhlizi barədə məlumat verərək, layihənin siyasi, iqtisadi, geosiyasi və enerji təhlükəsizliyi aspektlərində verdiyi töhfəni dolğun şəkildə ifadə edib.


Eyni zamanda, qeyd olunub ki, ilk dəfə olaraq Şəki ilə Varajdin şəhərləri arasında "Dostluq və əməkdaşlıq haqqında” xartiya imzalanıb. Şəhərlər arasında iqtisadi, mədəni, elmi, texniki və turizm sahələrində əlaqələrin yaradılması Azərbaycan-Xorvatiya münasibətlərinin daha da inkişaf etdirilməsinə töhfə verəcək.


Bununla yanaşı, səfir Azərbaycanın dövlətçilik tarixi, diplomatik xidmət orqanlarının yaranması və 100 illik yubileyi barədə, 10 milyonuncu vətəndaşımız dünyaya gəlməsi və hadisənin əhəmiyyəti ilə bağlı sualları cavablandırıb.

Xəbər lenti