Xəzər Xəbər

“Trump Tower”in yanındakı küçəyə Obamanın adı verilə bilər

Dünya | 13:33 • 14 Avqust 2019
“Trump Tower”in yanındakı küçəyə Obamanın adı verilə bilər

ABŞ-da Nyu-York şəhərinin mərkəzindəki küçəyə sabiq Prezident Brak Obamanın adının verilməsi ilə bağlı şəhər administrasiyasına göndəriləcək petisiyanı artıq 64 min nəfər imzalayıb.


Söhbət Beşinci Avenyuda "Trump Tower”in yanındakı 56-cı və 57-ci küçələrin arasında yerləşən sahədən gedir. Nyu-Yorkun meri Bill de Blazioya ünvanlanmış müraciətdə deyilir ki, Birləşmiş Ştatların sabiq Prezidenti bu şərəfə layiqdir. Belə ki, o, ölkəni böyük iqtisadi tənəzzüldən xilas edib, iki müddət prezidentliyi dövründə adı heç bir qalmaqala qarışmayıb, onun iqtidarı zamanında 3 min nyu-yorklunun ölümünə səbəb olan 2001-ci il 11 sentyabr hadisələrini törədən Üsəma ben Laden öldürülüb. Petisiyanın təşkilatçıları 75 min səs toplamaq niyyətindədirlər.


Məlum olduğu kimi, Prezident Donald Tramp sabiq dövlət başçısının sərt tənqidçisidir. Bu səbəbdən "Trump Tower”in yanındakı küçəyə Obamanın adının verilməsi onun xoşuna gəlməyəcək. (AZƏRTAC)

Xəbər lenti