Xəzər Xəbər

“Qarabağ”ın UEFA Avropa Liqasının play-off mərhələsindəki rəqibi bəlli olub

İdman | 09:47 • 14 Avqust 2019
“Qarabağ”ın UEFA Avropa Liqasının play-off mərhələsindəki rəqibi bəlli olub

"Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi bəlli olub.


Xezerxeber.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda bu raundda "Linfild”lə üz-üzə gələcək.


Şimali İrlandiya çempionu UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində Monteneqronun "Sutyeska” komandasını hər iki görüşdə məğlub edib - 2:1, 3:2.


Qeyd edək ki, UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyunlar avqustun 22-də, cavab görüşləri isə bir həftə sonra keçiriləcək.

Xəbər lenti