Xəzər Xəbər

“Snayper həddi” müsabiqəsinin dördüncü mərhələsi icra olunub - FOTO

Gündəm | 21:57 • 13 Avqust 2019
“Snayper həddi” müsabiqəsinin dördüncü mərhələsi icra olunub -

"Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində keçirilən "Snayper həddi” müsabiqəsinin dördüncü mərhələsi icra edilib.


Müdafiə Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, bu mərhələnin şərtlərinə əsasən, müsabiqə iştirakçısı olan ölkələrin komandalarından iki nəfər ayrılaraq qarışıq snayper cütlükləri təyin olunur.


"Beynəlxalq qarışıq snayper cütlüklərinin dueli” mərhələsinin icrası zamanı Qırğızıstan və Monqolustan komandalarından olan snayperlər ilə bərabər yarışan komandamızın snayperləri müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüblər.

Xəbər lenti