Xəzər Xəbər

Gürcüstanda aviadaşınmalarda 12 faiz azalma qeydə alınıb

Dünya | 21:31 • 13 Avqust 2019
Gürcüstanda aviadaşınmalarda 12 faiz azalma qeydə alınıb

Gürcüstanın Tbilisi və Batumi aeroportlarında sərnişin daşınması 10 faiz azalıb.


AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat nazirinin müavini Akaki Saqiraşvili məlumat verib.


Onun sözlərinə görə, bu il qeyd edilən iki aeroportda sərnişin daşınmada 9-10 faiz artım nəzərdə tutulmuşdu.


"İyul ayında sərnişin danışmasında 590 min nəfər sərnişin daşınacağını gözləyirdik. Lakin həmin müddətdə 485 min sərnişin daşınıb. Yalnız Tbilisi və Batumi hava limanlarında sərnişin daşınması 105 min nəfər azalıb”, - deyə Saqiraşvili vurğulayıb.


A.Saqiraşvili deyib ki, bu ilin 7 ayında Gürcüstanda aviadaşınmalarda 12 faiz azalma qeydə alınıb.


Gürcüstan Hava Limanlarının yaydığı məlumatda isə bildirilir ki, bu ilin iyul ayında Gürcüstanın Tbilisi, Batumi, Kutaisi, Mestia, Ambrolauri hava limanları vasitəsi ilə ümumilikdə 571 min 848 sərnişinə xidmət göstərilib.


Bu da 2018-ci ilin iyul ayı ilə müqayisədə 44 min 959 nəfər azdır.


Məlumata əsasən, sərnişin daşınmalarının 7,3 faiz azalmasına iyulun 8-də etibarən Rusiyaya birbaşa uçuşların dayandırılması səbəb olub.

Xəbər lenti