Xəzər Xəbər

Bu yolda sola dönmək qayda pozuntusudur, amma məcburən nişanın tələbini pozurlar - VİDEO

Veb TV | 19:25 • 20 İyul 2019
Bu yolda sola dönmək qayda pozuntusudur, amma məcburən nişanın tələbini pozurlar -

Bu küçədə sola dönmək istənilən halda qayda pozuntusudur.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Hənifə Ələsgərov küçəsi ilə Mərdanov Qardaşlarının kəsişməsindən gedir.

Sürücülər deyirlər ki, yola sarı zolaq çəkilən zaman sola dönmə nəzərə alınmayıb. Elə buna görə də onlar qayda pozduqlarını bilsələr də, məcburən nişanın tələbini pozurlar.

Bu hal, küçədə sola dönmək qayda pozuntusu ilə yanaşı, real qəza şəraitinə də səbəb ola bilər. Çünki orta zolaqdan sola dönən sürücü sarı zolaqla hərəkət edən xüsusi nəqliyyat vasitələrinin qabağına çıxmış olur.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bildirdilər ki, əraziyə baxış keçiriləcək. Əgər uyğunsuzluq aşkar edilərsə, problem aradan qaldırılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti