Xəzər Xəbər

Lombarddan kredit götürənlər də bilinəcək

İqtisadiyyat | 10:30 • 12 İyul 2019
Lombarddan kredit götürənlər də bilinəcək

Lombardlardan kredit götürənlərlə bağlı məlumatların Kredit Bürosuna təqdim edilməsi müştərilərin qiymətləndirilməsi prosesinə müsbət təsir edəcək.


Bu barədə FED.az-a Kredit Bürosunun direktoru Elçin Həbibov bildirib: «Ümumiyyətlə kredit büroda bütün kredit götürən vətəndaşlar və onların borcları haqqında məlumat olmalıdır. Tutaq ki, adamın banka borcu var, eyni zamanda lombarda da borcu var, həmin öhdəliklər də sistemdə görünməlidir».


Büro rəhbərinin sözlərinə görə, indiyədək bu sahəyə nəzarət olmayıb və lombard kreditləri barədə statistika aparılmayıb: «Hətta lombard bazarının həcmi də məlum deyil. Ona görə də ölkədə nə qədər lombard var və nə qədər insan lombard krediti götürüb kimi dəqiq məlumatlar yoxdur».


E.Həbibov bildirir ki, lombardlar Azərbaycanın kredit bazarında banklar və BOKT-larla müqayisədə kiçik yer tuturlar: «Azərbaycanda kredit götürənlərin 85-90% Bank və BOKTla işbirliyi edir. Bizə lombard bazarının böyüklüyü dyil, daha çox lombard kreditləri götürmüş şəxslərlə bağlı məlumatların olması daha əhəmiyyətlidir».

Xəbər lenti