Xəzər Xəbər

Binəqədi-Novxanı yolunda AĞIR QƏZA 3 avtomobil sıradan çıxdı - VİDEO

Veb TV | 14:16 • 25 İyun 2019
Binəqədi-Novxanı yolunda AĞIR QƏZA

Ötən gecə Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Binəqədi-Novxanı yolunda qeydə alınıb. Zəncirvari qəzada üç avtomobilə ziyan dəyib.

"Mercedes", "NİVA" və "KİA" markalı avtomobillərin toqquşması nəticəsində yolda uzun tıxac yaranıb.

Şahidlərin bildirdiyinə görə, qəzada ciddi xəsarət alanlar olmasa da, hər üç avtomobil sıradan çıxıb.

Qəza yerinə DYP əməkdaşları cəlb olunublar. Hadisənin səbəbləri araşdırılır. (trend)

Xəbər lenti