Xəzər Xəbər

Qarpız mövsümü yetişdi: Yeyək, ya nəfsimizi saxlayaq? - VİDEO

Veb TV | 19:55 • 16 İyun 2019
Qarpız mövsümü yetişdi:

Bir müddətdir bazarlarda qarpız satışa çıxarılıb. Amma insanları düşündürən suallar var. Hazırda qarpızın mövsümüdürmü? Yesək hansısa problem olarmı?!Ekspertlərdən bu suallara cavab almışıq.

Bazarlarda piştaxtaları qarpızlar bəzəyir. Görüntüsü və alıcısı bol olan bu məhsulun satış qiyməti 50 qəpikdən başlayır.

Daha çox sabirabaddan gətirilən məhsulların alıcısı boldur. Satıcıların sözlərinə görə, qarpıza təlabat yüksəkdir. Amma bəzi alıcılar deyir ki, qarpız almaq üçün hələ çox tezdir və bu məhsuldan zəhərlənmək ehtimalı var.

Satıcıların sözlərinə görə qarpızın mövsümü elə indidən başlayır.

Qida ekspertləri isə bu mövsümdə yeyilən qarpızla bağlı insanlara xəbərdarlıq edir. İndi satılan qarpızların tərkibinə xüsusi gübrələr vurulur ki, bu da fəsad verə bilər.

Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirlinin sözlərinə görə isə hal hazırda satışda olan qarpız el arasında örtük altı deyilən parnik qarpızıdır. Əsl qarpız isə gələn ayın ilk on günlüyündə satışa çıxarılacaq.

Xəbər lenti