Xəzər Xəbər

Abşeron və Bakının kurortları Yay istirahəti üçün MDB-nin ən yaxşı 5-liyi arasında

Gündəm | 15:17 • 13 İyun 2019
Abşeron və Bakının kurortları

"TurStat" analitik agentliyi Rusiya turistlərinin yay istirahəti üçün Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin ən yaxşı kurortlarının reytinqini hazırlayıb.

Trend-in məlumatına görə, MDB kurortlarının reytinqi Rusiya turistlərinin axını və infrastrukturunun inkişafı əsasında hazırlanıb.

Qazaxıstanın Burabay kurortu, Qırğızıstanın İssık-Kul gölü, Belarusun Naroç gölü, Abşeronun və Bakının Xəzər dənizinin sahilində kurortları reyting ilk 4 pilləsində qərarlaşıblar.

"TurStat"ın məlumatına əsasən, Rusiya turistləri yay istirahəti üçün büdcəsi bir sutkaya 50-110 dollar təşkil edir.

Xəbər lenti