Xəzər Xəbər

"Mançester Yunayted" aşağı liqadan futbolçu aldı

İdman | 13:03 • 13 İyun 2019
"Mançester Yunayted" aşağı liqadan futbolçu aldı

"Mançester Yunayted” ilk transferini reallaşıdırıb.

XəzərXəbər klubun saytına istinadən xəbər verir ki, "qırmızı şeytanlar” Çempionşipdə çıxış edən "Suonsi Siti”dən Daniel Ceymsi transfer edib. 21 yaşlı vingerin transferi Mançester təmsilçisinə 15 milyon funt-sterlinqə başa gəlib. Ceymslə 6 illik müqavilə imzalanıb.

"Hall Siti"nin yetirməsi olan Uels millisin üzvü peşəkar karyerasına "Suonsi Siti"də başlayıb. Ceyms ötən mövsüm 33 oyuna 4 qol vurub, 7 assist edib.

Xəbər lenti