Xəzər Xəbər

Maqazin Tarkanın məzar daşı üzə çıxdı VİDEO

Veb TV | 12:33 • 13 İyun 2019
Maqazin Tarkanın məzar daşı üzə çıxdı

Antalyada qəbir daşları hazırlayan Mehmet Çetin Tarkana olan sevgisini ölümsüzləşdirmək üçün iş yerinin qarşısına sənətçinin fotosu olan məzar daşı qoyub.

XəzərXəbər ölkə.az-a istinadən xəbər verir ki, bunu görənlər "Tarkan öldümü?" sualını veriblər.

Məlum olub ki, Çetin bunu reklam məqsədi ilə hazırlayıb. O, bildirib ki, iş yerinə gələn müştərilərə hazırladığı nümunələri göstərmək üçün öz qəbir daşını da hazırlayıb:

"Ölsəm, qəbir daşım hazırdır. Mənimlə maraqlananlar üçün telefon nömrəmi də yazmışam. Qəbir daşlarına şəkil vururuq. Mən də Tarkanı çox sevdiyim üçün qəbir daşını hazırladım. Bəzi vətəndaşlar isə Tarkanın öldüyünü soruşurlar".

Xəbər lenti