Xəzər Xəbər

Bakıda ağır qəza baş verib - VİDEO

Veb TV | 19:34 • 12 İyun 2019
Bakıda ağır qəza baş verib -

Gecə saatlarında Bakıda ağır qəza baş verib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Səbail rayonu, Bibiheybət qəsəbəsində qeydə alınıb.

Yüksək sürətlə hərəkətdə olan "BMV" markalı minik maşını yolda idarəetməni itirərək yanacaqdoldurma məntəqəsinin qiymət lövhəsinə çırpılıb. Nəticədə minik avtomobili alışaraq kül olub. Avtomobildə olan bir nəfər dünyasını dəyişib, digəri isə 1990-ci il təvəllüdlü İsgəndərov Kamran İlqar oğlu kəllə-beyin travması ilə 1 sayli kiliniki tibbi mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

Xezerxeber.az mövzu ilə videogörüntünü təqdim edir:


Xəbər lenti