Xəzər Xəbər

Yardımlı sakinindən 6 kiloqramdan çox tiryək götürülüb

Region | 15:25 • 12 İyun 2019
Yardımlı sakinindən 6 kiloqramdan çox tiryək götürülüb

Daxili işlər orqanları narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirirlər.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş E.Miranovdan 6 kiloqram 120 qram tiryək götürülüb.


Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə şəhər sakinləri, əvvəllər məhkum olunmuş İ.Manafovdan 500 qramadək, İ.Məlikovdan isə 420 qram marixuana aşkarlanıb.


Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti