Xəzər Xəbər

İran gəmisinin bütün ekipajı həlak oldu

Dünya | 14:40 • 14 Yanvar 2018
İran gəmisinin bütün ekipajı həlak oldu

Cənub-şərqi Çin dənizində qəzaya düşən İrana məxsus neft tankerinin bütün heyəti həlak olub.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı İran mətbuatı yayıb.

Qeyd edək ki, yanvarın 6-da Panama bayrağı altında İrandan Cənubi Koreyaya gedən SANCHİ adlı neft tankeri Çinin şərq sahillərində Honkonqun CF CRİSTAL yük gəmisi ilə toqquşub. Toqquşma nəticəsində tankerin ekipajının 32 üzvü itkin düşüb. Həmçinin, tankerdə yanğın da başlayıb.

İtkin düşənlərdən 30 nəfəri İran, 2 nəfəri isə Banqladeş vətəndaşı olub.

Xəbər lenti

Çox oxunanlar