Xəzər Xəbər

Müğənnilər toyda niyə fonoqram oxuyur? VİDEO

Veb TV | 20:55 • 13 Sentyabr 2017
Müğənnilər toyda niyə fonoqram oxuyur?

Bəzən toya dəvət olunan müğənniyə külli miqdarda pul ödənsə də onlar canlı ifa əvəzinə fonoqram oxuyurlar. Bu isə insanların narazılığına səbəb olur. "Xəzər Xəbər” müğənnilərin niyə məhz fonoqram oxumağa üstünlük verməsini və bunun insanlar tərəfindən necə qarşılandığını araşdırıb.

Bir sıra müğənnilər pulu ödənilərək toya dəvət edilsə də canlı ifa əvəzinə fonoqram oxumağı üstün tuturlar. Bu isə əksər hallarda insanın narazılığına səbəb olur və müğənnilərin qonaqlara qarşı hörmətsizliyi kimi dəyərləndirilir.

Müğənni Abbas Bağırov bildirir ki, o hər zaman mahnıları canlı ifa etməyə üstünlük verir. Müğənnin fikrincə bəzən musiqiçilər onun mahnısını ifa edə bilməyəndə çarəsiz qalaraq fonoqram oxuya bilərlər. Ancaq bunun mütəmadi hal alması həm müğənninin özünü, həm də auditoriyanı aldatmaqdan başqa bir şey deyil.

Müğənni Rüfət Axundov isə bildirir ki, əgər müğənni hansısa toya gedəndə əmin olur ki, onun mahnısını ansambl normal ifa edə bilməyəcək onda fonoqram oxumağa məcbur olur. Bundan bütün dünyadakı müğənnilər də istifadə edir. Müğənni bildirir ki, fonoqram oxunanda belə o həmin müğənninin öz səsidir. Buna görə tənqid olunacaq bir məqam görmür.

Müğənni Emil Bədəlov isə bildirib ki, eger toyu özü aparırsa yeni başdan sonadek toyda olursa yalnız canlı oxuyur. və bu belə də olmalıdır. amma bəzən yarım saatlıq hansısa toya gedirsə və ordakı ansambl məhz ona məxsus mahnıları ifa edə bilmirsə onda fonoqram oxumağa məcbur olur.

Şadlıq evlərindən birinin inzibatçısı Habil Ağayev bildirir ki, müğənnilərin fonoqram və ya canlı oxumasına onlar müdaxilə etmirlər. Bu məsələ müğənni ilə toy sahibi arasında həll olunur.

Buna görə toyunda canlı ifa görmək istəyənlər gərək öncədən müğənni ilə bu məsələdə razılaşsınlar. Ancaq bu məsələ sırf razılaşma ilə həll olunduğuna görə müğənni üçün hansısa bir məsuliyyət cəzasından söhbət getmir. Məsələ ancaq qalır müğənnilərin öz insafına ki, onlar özlərinə, qarşılarındakı insanlara və ifa etdikləri mahnıya nə dərəcədə hörmətlə yanaşırlar.


Xəbər lenti