Düşmənin döyüş texnikası və silah-sursatı ələ keçirildi - VİDEO

18.10.2020 20:48

Cəbhənin Füzuli istiqamətində gedən döyüşlər zamanı düşmənə məxsus çoxlu sayda texnika və silah-sursat ələ keçirilib. Azürbaycan Müdafiə Nazirliyi düşmənin döyüş meydanında qoyub qaçdığı həmin silah-sursatların görüntüsünü yayıb.

Çoxlu sayda Kamaz, Ural və digər markalı hərbi avtomobillər. Əvvəllər düşmənə məxsus olan müxtəlif çaplı silahlar və qalaq-qalaq mərmilər.

Bütün bunlar, Füzuli istiqamətində gedən döyüşlər zamanı düşmənin atıb qaçdığı hərbi ləvazimatlardır.

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, bununla yanaşı həmin döyüşlər zamanı düşmənin çoxlu sayda canlı qüvvəsi də məhv edilib.

Düşməndən ələ keçirilən texnikalar arasında, Ermənistan ordusunun yüksək rütbəli zabitlərinin idarə etdiyi ''pikap'' nəqliyyat vasitələri də var.

Qeyd edək ki, bunlar düşmənin döyüş meydanında qoyub qaçdığı silah sursatın kiçik bir hissəsidir. Sentyabrın 27-dən bəri Azərbaycan ordusu tərəfindən cəbhənin müxtəlif istiqamətilərindən düşməndən çoxlu sayda zirehli və zirehsiz texnika, eyni zamanda çoxlu sayda silah-sursat ələ keçiriələrək arxa cəbhəyə gətirilib və yenidən elə düşmənin özünə qarşı istifadə edilib.

© xezerxeber.az


311 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR