Prokurorluq: “Ermənistanın Gəncəni raket atəşinə tutması nəticəsində 12 nəfər həlak olub” - VİDEO

17.10.2020 04:34

Düşmənin silahlı qüvvələrinin 17.10.2020-ci il tarixdə gecə saat 01 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən dinc sakinlərin yaşayış məntəqələrini raket atəşinə tutması nəticəsində 12 nəfər həlak olub, 40-dan çox şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Respublika Baş Prokurorluğunun məlumatında bildirilir.

Qeyd edilib ki, hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

İctimaiyyətə son vəziyyətlə bağlı əlavə məlumat veriləcək.


© xezerxeber.az

FOTOQALERIYA






391 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR