Bakı
18 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Rusiya son iki gündə Ermənistana bahalı silah-sursatlar göndərib - SİYAHI

12.10.2020 13:19

Rusiya yenidən Kremlin qucağına yıxılmış işğalçı Ermənistanı silahlandırmağa davam edir. 


XəzərXəbər xəbər verir ki, özünü "tərəfsiz” vasitəçi adlandıran Rusiya hakimiyyəti Moskvadakı atəşkəs anlaşmasına baxmayaraq, Ermənistanı yenə də silahlandırır. 


Son iki gündə Rusiyadan Ermənistana 300 ədəd tank əleyhinə idarə olunan "Kornet" raket sistemi çatdırılıb. Silahlar 9 oktyabrda Moskvaya uçan, 10 oktyabrda isə Ermənistanın XİN rəhbəri Zohrab Mnatsakanyanın Yerevana qayıtdığı Ermənistan XİN-in 701 nömrəli A319 hökumət təyyarəsi vasitəsilə daşınıb. 


Hazırda Gürcüstan və İran Ermənistana öz ərazilərindən hərbi yüklərin daşınmasını qadağan etdikləri üçün, Ermənistan silahları VİP uçuşlar da daxil olmaqla, mülki və humanitar yardım təyyarələri ilə daşıyır. Bu əməliyyatların təşkilatçıları Ermənistan Müdafiə naziri David Tonoyan, sahibkar Samvel Karapetyan və "boz iş adamı", silah qaçaqmalçısı David Qalustyandır.


"Hayastan" Ümumerməni Fondunun göndərdiyi və dünən Ermənistana çatan 20 tonluq "humanitar yardım" da əsasən silah-sursatdan ibarət olub. 


Məlumatlara görə, Moskvadan göndərilən "humanitar yardım" yükündə "Kornet" tank əleyhinə raket kompleksi, "Solntsepyok" ağır odpüskürən sistemi, "Smerç" reaktiv artilleriya sistemi, 152 və 122 mm çaplı D-20 haubitsaları üçün mərmilər, güllələr, minaatanlar üçün minalar, əl qumbaraları və sair olur.


Atlantis Armenian Airlines şirkətinə məxsus təyyarələr də ötən gün Rusiyanın Minvodı şəhərindən Ermənistana silah daşıyıb. Sanksiya altında olan bu aviaşirkətin mülki təyyarələrlə Ermənistana "humanitar yardım" adı altında raket və raket sistemləri daşıması məsələsinə Azərbaycan dövləti rəsmi səviyyədə etirazını bildirilib. 


Demokrat.az

© xezerxeber.az


1990 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR