İrandakı azərbaycanlılar Ermənistana hərbi texnika daşıyan maşınları yandırıblar

30.09.2020 11:05

Son günlər sosial şəbəkələrdə İrandan Ermənistana hərbi texnikanın daşınması ilə bağlı görüntülər yer alır.

Xezerxeber.az xəbər verir ki, sözügedən foto, videolar İranda yaşayan azərbaycanlılar tərəfindən çəkilib. Buna etiraz olaraq İrandakı azərbaycanlılar dünən gecə həmin texnikaları daşıyan avtomobilləri yandırıblar və daha sonra bu hadisənin videolarını yayıblar.

Qeyd edək ki, Ermənistana hərbi texnikanın daşınması İslam həmrəyliyinə və qonşuluq, dostluq münasibətlərinə zidd addımlardır.

© xezerxeber.az


570 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR