Bakı bayraqlara büründü - VİDEO

29.09.2020 23:42

Bugünlərdə paytaxt Bakı sözün əsl mənasında 3 rəngli bayrağımıza bürünüb. İnsanlar evlərindən, maşınlarından, iş yerlərindən bayraq asırlar. Bununla da ordumuza, vətənimizə sevgilərini nümayiş etdirirlər. Şəhəri gəzdikcə asılmış bayraqları görəndə insanın ürəyi dağa dönür. Hər kəs bu bayraqların işğaldan azad ediləcək torpaqlarımızda dalğalanacağı günü gözləyir. Ordumuzun cəbhədəki uğurlu əks-hücum əməliyyatları hər kəsdə o müqəddəs günün yaxınlaşdığına inam yaradır.

Cəbhədə Azərbaycan ordusunun uğurlu əks-hücum əməliyyatları, düşmənə sarsıdıcı zərbələr endirməsi, kəndlərimizin işğaldan azad edilməsi hər kəsdə ruh yüksəkliyi yaradıb.

İnsanlar öz sevinc hisslərini evlərindən, iş yerlərindən, maşınlarından bayraq asmaqla ifadə edirlər

Paytaxt Bakının küçələri gözəl bir mənzərəyə şahidlik edir. Şəhər sanki bayrağa bürünüb.

İndi hər kəs bayraqlarımızın işğaldan azad olunacaq torpaqlarımıza sancılacağı günü gözləyir və o gün uzaqda deyil. Yolun açıq olsun, əsgər!

© xezerxeber.az


1525 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR