Bakı
18 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Ev tikmək istəyənlərə şad xəbər - ŞƏRTLƏR DƏYİŞDİ - VİDEO

26.09.2020 20:29

Nazirlər Kabineti tikinti ilə bağlı qaydalarda dəyişiklik edib. Yeni qərara əsasən, çoxmərtəbəli binalar üçün ayrılan sahənin 50 faizində tikinti aparmaq mümkün olacaq. Fərdi yaşayış evlərinin tikintisi üçün qərarda da dəyişiklik var. Bununla bağlıhədd də 2 dəfə artırılıb.

Alınan torpaq sahəsinin daha böyük hissəsində ev tikmək mümkün olacaq.

Nazirlər Kabineti "Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar"a dəyişiklik edib. Yeni qərara əsasən, tikinti sıxlığı göstəricilərinin yeni yolverilən hədləri müəyyən edilib. Bundan sonra çoxmərtəbəli binalar üçün ayrılan sahənin 50 faizində tikinti aparmaq mümkün olacaq. Binanın ümumi sahəsi üçün verilən hədd də 66 faiz artırılıb.

Qaydalarada fərdi yaşayış evləri üçün də müsbət yeniliklər var. Burada tikinti üçün verilən hədd 2 dəfə artırılıb. Tikilinin ümumi sahəsi isə torpaq sahəsinin 60 faizi nisbətində ola bilər.

Ekspertlər hesab edir ki yeni qərar 3 ilə yaxındır ki, durğunluq yaşanan tikinti sektorunda hərəkətlənmə yaratsa da, qiymətlərə təsir etməyəcək.

© xezerxeber.az

FOTOQALERIYA






821 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR