Həftəsonu Bakı metrosu işləməyəcək

25.09.2020 18:33

Xüsusi karantin rejimi çərçivəsində həftəsonu Bakı metrosu sərnişindaşıma fəaliyyəti göstərməyəcək.

"Bakı Metropoliteni” QSC-dən xezerxeber.az-a bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Qərarının 1.2.5 bəndinə uyğun olaraq, sentyabrın 26-sı saat 00:00-dan sentyabrın 28-i saat 06:00-dək Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır.

© xezerxeber.az


192 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR