Bakı
18 C
USD
EUR
1.7000
2.025
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Bakıdan Ankara və Antalyaya aviareyslərin sayı artırılır - VİDEO

25.09.2020 19:42

AZAL Türkiyəyə uçuşların sayını artırır. Artıq Bakıdan yalnız İstanbula deyil, Türkiyənin daha iki şəhərinə uçuşlar həyata keçiriləcək.

Xezerxeber.az-ın məlumatına görə, Dövlət Turizm Agentliyi, Turizm Agentlikləri Assosiasiyası və turagentlər Turkiyənin turistik zonalarına uçuşların həyata keçirilməsi üçün Azərbaycanın milli aviadaşıyıcısına müraciət edib.

AZAL sentyabrın 28-dən həftədə 2 dəfə Ankaraya, 30-dan isə 1 dəfə  həyata keçirəcək.

Türkiyəyə uçuşların sayının artırılması, xüsusilə turistik şəhərə uçuşun həyata keçirilAntalyaya uçuşəcəyi xəbəri turpaketlərin qiymətlərinə təsir edib.

Turizm üzrə ekspert Rəhman Quliyev deyib ki, Azərbaycandan Antalyaya gedən turistlər indiyə qədər bu səfərlərini İstanbul üzərindən etməyə məcbur idilər. Bu isə onlara baha başa gəlirdi.

İndi Antalyaya birbaşa uçuşların başlaması turpaketlərin qiymətini ucuzlaşdırıb.

Ekspert bildirib ki, əvvəllər transfer xərci qiymətlərin yüksək olmasının əsas səbəbi idi. Artıq yeni turpaketlərdən həmin xərclər çıxarılıb.

O da deyilib ki, hazırda hava şəraiti əlverişli olduğundan turistik zonalara getmək istəyən müştərilərin sayı çoxdur. Tələbə uyğun olaraq Türkiyənin digər turistik zonalarına da uçuşlar həyata keçirilə bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






209 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR