Bakıda dəhşətli qətl törədən şəxs tutulub - VİDEO

25.09.2020 19:19

Bakıda nənəsini və bibisini amansızlıqla öldürüb qaçan şəxs tutulub.

Xezerxeber.az-ın məlumatına görə, ağır cinayət ötən gün paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi D-yaşayış massivində baş verib.

Suraxanı rayon prokuroluğundan verilən məlumata görə, 35 yaşlı Samir Cavadov nənəsi 88 yaşlı Simuzər Cavadova və bibisi 61 yaşlı Tamilla Cavadovanı öldürməkdə şübhəli bilinir.

Kəskin qaz iyini hiss edən qonşular dərhal Fövqəladə Hallar Nazirliyinə müraciət ediblər. Əraziyə gələn xilasedicilər mənzilin bağlı qapısını qırıb içəri daxil olublar. Mənzildə iki qadın meytini görən xilasedicilər polisə məlumat veriblər. Dərhal polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib. Çox çəkməyib ki, cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanıb.

Qonşuların sözlərinə görə, qətlə yetirilən ana və qızı çox sakit və onlarla həmişə mehriban olublar.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Samir Cavadov barəsində ''iki və ya daha çox şəxsi qəsdən öldürmə'' maddəsi ilə cinayət işi başlanıb. Samir Cavadov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda hadisənin təfərrüatı araşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az

FOTOQALERIYA






253 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR