Bibiheybət də Balaxanıya oxşayacaq - VİDEO

20.09.2020 22:14

Yeni görünüşü ilə hər kəsin marağına səbəb olan Balaxanıdan sonra, Bibiheybətdə də aparılan abadlıq işləri artıq yekunlaşmaq üzrədir. Ramanı qəsəbəsində isə yenidənqurmaya may ayından start verilib.

 

 

 

Yemək yeyən kim, şəkil çəkdirən kim. Görüntülər yenilənən Balaxanı küçələrindəndir. Həftə sonunu fürsət bilənlər bu dəfə istirahət üçün məhz bu məkanı seçiblər.

 

 

Balaxanıda olduğu kimi burada da evlərin qapı və pəncərələri al-əlvan rənglərə boyanıb, dalanlara qəmbər daşlar döşənib, əsrlik yaşı olan tarixi binaların fasadları yenilənib. Ərazi üzrə iş icraçısı Vüqar Əhmədov deyir ki, burada aparılan işlərin 80% artıq yekunlaşıb.

 

 

Bakı ilə yanaşı, Sumqayıt şəhəri də yeni görkəmi ilə göz oxşayır. Burada da yaşayış binalarının dam örtükləri yenilənib, fasadlar təmir edilərək, liftlər müasirləşdirilib. İnsanların asudə vaxtlarını daha səmərəli keçirilməsi üçün şəhərdə hər bir şərait yaradılıb.

 

 

Qeyd edək ki, abadlıq işləri bundan sonra da davam etdiriləcək. Mərdəkan, Novxanı, Əmircan və Buzovna da yenilənən qəsəbələr siyahısında yer alacaq.

© xezerxeber.az

FOTOQALERIYA






280 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR