Tovuzun Ağdam kəndində vəziyyət necədir? - REPORTAJ - VİDEO

15.07.2020 21:57

Bir neçə gündür Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalan Tovuzun Ağdam kəndində bu gün atəş səsləri eşidilməyib.

Xezerxeber.az-ın məlumatına görə, kənddə ötən günlərə nisbətən bu gün həyat öz keçmiş axarına qayıdıb, insanlar gündəlik işləri ilə məşğul olurlar. Sakinlər bildirirlər ki, ordumuza güvənirlər və inamları çox yüksəkdir. Bu səbəbdən də kəndi tərk edərək harasa getmək niyyətləri yoxdur.

Həmçinin bu gün beynəlxalq media nümayəndələri də kənddə olub və Ermənistan silahlı qüvvələrinin bölmələrinin yaşayış məntəqəsinə, xüsusilə də evlərə vurduğu ziyanı yaxından müşahidə ediblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


© xezerxeber.az


512 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR