Ermənistanda futbol klubunun 17 üzvü koronavirusa yoluxub

11.07.2020 13:38

Ermənistanda "Lori" futbol klubunun 17 üzvü koronavirusa yoluxub.

Erməni KİV-lərinin məlumatına görə, yoluxanlar arasında həm futbolçular, həm də məşqçilər var.

Xəstəliyə yoluxanların adları açıqlanmayıb. Qeyd olunur ki, komandanın bütün heyəti təcrid edilib.

Xatırladaq ki, Ermənistanda bu günədək koronavirusa yoluxanların sayı 31 min nəfəri keçib, 559 nəfər ölüb.

© xezerxeber.az


651 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR