Bakıda karantin qaydalarını pozan taksi sürücüsü həbs edilib

07.07.2020 20:44

Paytaxtın Nizami rayonunda xüsusi karantin rejimi qaydalarını pozan və polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyən taksi sürücüsü saxlanılaraq barəsində müvafiq tədbirlər görülüb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, 1973-cü il təvəllüdlü Bakir Behbudov barəsində Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsində toplanmış̧ materiallar rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci və 211-ci maddəsi ilə 15 gün həbs inzibati tənbeh növü tətbiq edilib.

© xezerxeber.az


350 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR