Neftçalada kritik vəziyyət - Operativ Qərargah yaradıldı - VİDEO

06.06.2020 21:31

Son günlərdə ölkə ərazisinə düşən yağıntının miqdarının normadan az olması səbəbindən çaylarda sululuq azalıb. Nəticədə dənizdən Kür çayı istiqamətində axın əmələ gəlib. Dəniz suyunun Kür çayına qarışması içməli su probelemi yaradıb.
 

Xəzər dənizinin suyunun Kür çayına qarışması içməli su problemi yaradıb.

Bu problem özünü daha çox çayın Neftçala ərazisindən keçən hissəsində büruzə verir. Çayda suyun səviyyəsinin hədsiz dərəcədə enməsi nəticəsində Xəzər dənizində əks axıntı yaranıb. Dəniz suyu 30 kilometr məsafədə axaraq Kür çayına qarışıb. Rayon mərkəzi ilə yanaşı, bir neçə kənd və qəsəbədə şirin su çatışmazlığı yaranıb. Sakinlər bildirirlər ki, Kür çayının suyu şorlaşdığı üçün həyətyanı, eləcə də pay torpaqlarını suvarmaq mümkün deyil. İnsanlarla yanaşı, mal-qaranın içməli su ilə təminatında da çətinliklər yaranıb.

Milli Hidrometerologiya Xidmətinin Baş Hidroloqu Asif Verdiyev bildirib ki, son günlərdə ölkə ərazisinə düşən yağıntının miqdarı normadan az olub və çaylarda sululuq azalıb. Nəticədə də Kür çayının aşağı axınında suyun səviyyəsi və axın sürəti aşağı düşüb. Bu dövrdə şimal-şərq küləyinin davamlı olması və bəzi hallarda güclənməsi nəticəsində də dənizdə dalğalanma baş verib və Kür çayı istiqamətində axın əmələ gəlib.

Rayon İcra Hakimiyyətindən isə bildiriblər ki, məsələ ilə bağlı Operativ Qərəragah yaradılıb. Əhalinin içməli su ilə təminatı üçün işlər aparılır.

Mütəxəssislərin sözlərinə görə, belə hallar təbii amillərdən yarandığı üçün qısamüddətli xarakter daşıyır.
 

© xezerxeber.az

FOTOQALERIYA






439 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR