PSJ İkardini birdəfəlik transfer etdi

01.06.2020 15:15

PSJ "İnter”dən icarəyə götürdüyü Mauro İkardinin transfer hüququna yiyələnib.

XəzərXəbər klubun saytına istinadla xəbər verir ki, argentinalı futbolçu ilə 2024-cü ilin iyunun 30-dək müqavilə imzalanıb. Paris təmsilçisi bu keçid üçün 50+7 milyon avro təzminat ödəyib.

27 yaşlı hücumçunun illik maaşı 8 milyon avro olacaq.

İkardi başa çatan Fransa çempionatında 20 keçirib və 12 qol vurub, 2 assist edib.


© xezerxeber.az


307 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR