Roqozin: “Rusiya ABŞ-ın Ayı özəlləşdirməsinə imkan verməyəcək”

25.05.2020 13:49

"Rusiya ABŞ-ın Ayı özəlləşdirməsinə imkan verməyəcək”.

Bunu Rusiyanın Federal Kosmik Agentliyinin ("Roskosmos”) rəhbəri Dmitri Roqozin bildirib. "Biz bütün hallarda kim tərəfindən olur olsun, Ayın özəlləşdirməsinə imkan verməyəcəyik. Bu, beynəlxalq hüquqa ziddir", - deyə Roqozin vurğulayıb.

O, 2021-ci ildə Aya ilk Rusiya avtomotik missiyasının göndərilməsinin planlaşdırıldığını xatırladıb.

Qeyd edək ki, aprelin əvvəlində ABŞ Prezidenti Donald Tramp amerikalılara kosmik resursların, o cümlədən Ayın mənimsənilməsi hüququnu verən fərman imzalayıb. "Roskosmos” o zaman bunu aqressiv və beynəlxalq əməkdaşlığa zərər vuran planlar adlandırıb. (APA)

© xezerxeber.az


218 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR