Gürcüstanda koronavirusa yoluxanların sayı 230 nəfərə çatıb

10.04.2020 13:38

Gürcüstanda koronavirusa yoluxanların sayı yenə də artıb.

Bu barədə Gürcüstan hökumətinin yaratdığı rəsmi stopcov.ge saytında məlumat yerləşdirilib.

Bildirilir ki, aprelin 10-da səhər saatlarına olan məlumata görə, ölkədə COVID-19 virusuna yoluxanların sayı 230 nəfərə çatıb.

Bundan başqa, Gürcüstanda 4829 nəfər karantində, 410 nəfər stasionar nəzarətdədir.

Məlumatda qeyd olunur ki, koronavirusa yoluxmuş 52 nəfər müalicə olunub, 3 nəfər həyatını itirib.

© xezerxeber.az


110 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR