Məşhur aparıcı xadiməni döyərək meşəyə atdı

03.04.2020 14:17

Türkiyənin məşhur maqazin verilişinin aparıcısı Seren Serengilin evində çalışan xadiməni koronavirusa yoluxduğu üçün döyərək meşəyə atdığı iddia edilir.

Türkiyə mətbuatı xəbər verir ki, aparıcı özbək əsilli köməkçisini sevgilisi ilə birlikdə döyüb.

Özbək əsilli Qulnoza Mamaotanın vəkili Ali Çezik polisə şikayət ərizəsi yazaraq aparıcını məhkəməyə verib. Məlum olub ki, 2 aydır S.Serengilin evində çalışan qadın martın 28-də səhər 9 radələrində müğənniyə yorğun olduğunu, istirahətə ehtiyac duyduğunu və bir həftəlik məzuniyyətə getmək istədiyini deyib.

Seren Serengilsə "Xaricilərə görə korona oluruq, xəstəsən və bizə yoluxdurmusan deyə qaçırsan?” kimi ifadələr işlədib. Xadimə xəstə olmadığını, belə bir ittihamın təhqiredici olduğunu bildirib və işdən çıxdığını deyib. Bunun ardınca Serengil xadiməyə "hamımızı korona edəcəksiniz” sözlərilə hücum edib. Aparıcı ilə eyni evdə yaşayan sevgilisi Mustafa Tohma səs-küyü eşidərək aşağı düşüb. Cütlük xadiməyə xəsarət yetirərək saçlarını yolub. Hadisəyə evi dezinfeksiya etməyə gələn əməkdaşlar şahid olub.

Daha sonra qadının polisə zəng etdiyini görən aparıcı ona yenidən hücum edib. Cütlük qadını əşyaları ilə birlikdə Beykoz meşəsinə apararaq avtomobildən atıb.

Bununla kifayətlənməyən Seren Serengil hadisəni başqa bir ailənin başına gəlmiş şəkildə danışıb. O, instaqramda "Evinizdə xarici vətəndaşlar varsa, onları çıxarın. Bir-birinizə korona keçirə bilərsiniz, çox diqqətli olun. Sağlamlıq arayışı olmayan birini işə götürməyin” deyə müraciət ünvanlayıb. Bundan başqa aparıcı qadını deportasiya etdirməklə də təhdid edib.

Hadisə barədə istintaq başlayıb./publika.az

© xezerxeber.az


189 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR