Türkiyədə koronavirusdan ölənlərin sayı 356-ya çatıb

02.04.2020 21:26

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) ölüm sayı 356 nəfər olub.

Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca koronavirus haqqında gündəlik məlumat verən https://covid19.saglik.gov.tr/ saytına istinadla paylaşdığı məlumatlarında bu barədə bildirilib.

Nazir qeyd edib ki, bu gün daha 79 koronaviruslu xəstə ölüb və son 24 saatda 18 757 şübhəli koronavirus testindən keçib, onlardan 2456-nın cavabı pozitiv çıxıb.

Bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 18 135-ə çatıb.

© xezerxeber.az


142 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR