Ronaldo bütün dövrlərin ən yaxşı oyunçusu seçilib

02.04.2020 22:21

İspaniyanın "Marca” nəşri öz oxucuları arasında onların kimi bütün dövrlərin ən yaxşı futbolçusu hesab etdikləri ilə bağlı sorğu keçirib.

Xezerxeber.az xəbər verir ki, sorğunun finalında İtaliyanın "Yuventus” klubunun hücumçusu Kriştiano Ronaldo İspaniyanın "Barselona” komandasının kapitanı Lionel Messini qabaqlayıb. Finalda Ronaldo 54 faiz, Messi 46 faiz səs toplayıb.

Portuqaliyalı hücumçu finala gedən yolda Paolo Maldinini, Zinəddin Zidanı qabaqlayıb. Messi isə Ferenç Puşkaş, Alfredo Di Stefano və braziliyalı Ronaldodan güclü olub.

© xezerxeber.az


185 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR