Nazirlər Kabineti "Nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə nəzarət Qaydaları”nda dəyişiklik edib.
Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi mülki aviasiya subyektləri tərəfindən uçuşların təhlükəsizliyinin təmin edilməsi sahəsində dövlət nəzarətini həyata keçirmək məqsədi ilə öz strukturunda Azərbaycan Respublikasında mülki aviasiyanı idarə edən dövlət orqanının rəhbərinə bilavasitə tabe olan müfəttiş orqanı yaradır və "Azərbaycan Respublikası mülki aviasiyasının fəaliyyətini nizama salan dövlət müfəttiş orqanı üçün təlimat" hazırlayaraq müəyyən olunmuş qaydada təsdiq edir.
Dövlət Mülki Aviasiya Agentliyi indiyə qədər Azərbaycanın hava nəqliyyatını istismar edən aviasiya şirkətləri və mülki aviasiya subyektləri istismarçı şəhadətnaməsinin və fəaliyyətə müvafiq olması haqqında şəhadətnamənin xüsusi istismar tələblərini yerinə yetirmədiyi və ya yerinə yetirmək iqtidarında olmadığı üçün onların fəaliyyətini dayandırır və ya məhdudlaşdırırdı. Dəyişikliklə, bu, yeni qərarda öz əksini tapmayıb.
Dəyişikliyə edilən əlavəyə əsasən isə Agentlik "Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, mülki aviasiya istismarçılarına sertifikatların və bu sahədə fəaliyyət göstərən digər subyektlərə uyğunluq sertifikatlarının verilməsi, onları verməkdən imtina edilməsi, qüvvədəolma müddətlərinin dayandırılması və ləğv edilməsi barədə qərarlar qəbul edəcək.
© xezerxeber.azBu gündən Azərbaycanda koronavirusa qarşı vaksinasiya başlayır
Cəbhəboyu ərazilərdə 270 partlamamış hərbi sursat aşkarlanıb - FOTO
Daha bir qazi yüksək texnologiyalı protezlə təmin edilir - FOTO
Aya uçuş üçün raket mühərriklərinin atəş sınaqları keçirilib
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB
Bu evlər yaxın aylarda şəhid ailələrinə və əlillərə veriləcək
Peyvənd olunmaq istəməyənlərə bu qadağalar qoyula bilər - FOTO
Könüllü gedənlər nə vaxt qayıdacaq? - Müdafiə Nazirliyindən açıqlama
Dağlıq Qarabağda erməni əhalisinin sayı: işğala qədər və sonra
Fevralın 27-dən məktəblər və universitetlər açılır? - RƏSMİ CAVAB