İran ABŞ-ı "tibbi terrorda" ittiham etdi

30.03.2020 16:19

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ı "tibbi terrorda" ittiham edib.

"Kommersant” xəbər verir ki, o, Birləşmiş Ştatların koronavirus pandemiyasından sonra da İrana qarşı sanksiyanı davam etdirdiyinəgörə, belə ittihamla çıxış edib.

Onun sözlərinə görə, ABŞ İrana qarşı "tibbi və iqtisadi terrorçuluq” tətbiq edir. Nazir bu cür hərəkətləri bəşəriyyətə qarşı cinayət adlandıraraq, ABŞ-ıbeynəlxalq yardımın çatdırılmasını dayandırmamağa çağırıb.

Qeyd edək ki, martın 26-da Rusiya, Çin, İran, Kuba, Suriya, Nikaraqua, Venesuela və Koreya Xalq Demokratik Respublikası BMT-nin Baş katibi Antonio Quterreşi bəziölkələrdənkoronavirusun yayılmasına qarşı mübarizəyə mane olan sanksiyaların ləğvini tələb etməyə çağırıb./oxu.az

© xezerxeber.az


125 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR