Karantin qaydalarını pozub məclis təşkil edənlər tutuldu - VİDEO

30.03.2020 16:11

Türkiyənin İstanbul şəhərində bir qrup şəxs karantin qaydalarını pozaraq qonaqlıq təşkil ediblər.

Sondakika.com xəbər verir ki, həmin şəxslərin bununla bağlı sosial mediada paylaşdıqları video səs-küyə səbəb olub.

Hadisə ilə bağlı polislər tərəfindən 26 nəfər saxlanılıb, onlardan 11-i barəsində həbs qərarı çıxarılıb, 15 nəfərin ifadəsi alınaraq sərbəst buraxılıb.

Qonaqlıqda iştirak edən bütün şəxslər tibbi müayinədən keçiriliblər.

Eyni zamanda, qonaqlıq verilən evin möhürləndiyi bildirilir./oxu.az

© xezerxeber.az


138 dəfə oxunub

XƏBƏRLƏR

03.07.2020 13:25

Sabah hava necə olacaq?

ÇOX OXUNANLAR