Bakıda havaya atəş açan silahlı şəxslər saxlanılıb

26.03.2020 13:24

Bakıda havaya atəş açan silahlı şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, martın 24-də saat 21 radələrində paytaxtın Nərimanov rayonu ərazisində "Priora” markalı avtomobilin sərnişini Bakı şəhər sakini olan bir qadını təhqir edib silahdan havaya atəş açıb.

Görülmüş tədbirlərlə martın 25-də Bərdə şəhəri ərazisində həmin avtomobilin sürücüsü, şəhər sakini Əli Əsədov saxlanılarkən idarə etdiyi avtomobili 3 avtomobilə vurub və orada xidmət aparan polis əməkdaşlarına müqavimət göstərərək sərnişinləri ilə birgə hadisə yerini tərk edib. 

Həmin gün saat 12 radələrində Güloğlular kəndi ərazisində Ə. Əsədov və sərnişinləri olan həmyerliləri, əvvəllər məhkum olunmuş Fərid Aslanov (qadını təhqir edib silahla havaya atəş açmış) və Asif Süleymanov avtomobillə birgə saxlanılıblar.

Avtomobilə baxış zamanı 1 ədəd lüləsi və qundağı kəsilmiş "İJ-16” markalı tüfəng, 1 ədəd bıçaq və 73,83 qram marixuana aşkar edilərək götürülüb.

F. Aslanovdan 3,32 qram heroin, 1 ədəd beşbarmaq, A. Süleymanovdan isə 7,60 qram tiryək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.

© xezerxeber.az

FOTOQALERIYA






982 dəfə oxunub

XƏBƏRLƏR

04.06.2020 18:56

Metro bağlanır

ÇOX OXUNANLAR