Külli miqdarda zərgərlik məmulatının qanunsuz keçirilməsi cəhdinin qarşısı alınıb

26.03.2020 13:11

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda zərgərlik məmulatının Azərbaycana gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən (DGK) xezerxeber.az-a verilən məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikasının vətəndaşı "Yaşıl kanal" buraxılış sistemi vasitəsilə gömrük nəzarət zonasını tərk etmək istəyərkən saxlanılıb və "Qırmızı Kanal" buraxılış sisteminə yönləndirilib.

Vətəndaşa məxsus əl çantası rentgen aparatı ilə yoxlanılarkən monitorda zərgərlik məmulatlarının təsviri görünüb. Təkrar yoxlama zamanı həmin çantada gömrük orqanına təqdim edilməyən, əvvəlcədən şifahi, yazılı və ya elektron formada bəyan olunmayan ağ rəngli metaldan hazırlanmış 10 ədəd kulonlu boyunbağı, 19 ədəd boyunbağı, 32 ədəd üzük, 42 cüt sırğa, 130 ədəd qolbaq, 6 ədəd sırğa-üzük-qolbaq-boyunbağı dəsti, 20 ədəd sırğa-üzük-boyunbağı və 71 ədəd sırğa-üzük-kulon dəstiaşkar edilib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən, aşkar edilən predmetlər ümumi çəkisi 2123,61 qram olan 925 əyarlı gümüşdən hazırlanmış zərgərlik məmulatlarıdır.

© xezerxeber.az


135 dəfə oxunub

XƏBƏRLƏR

04.06.2020 18:56

Metro bağlanır

ÇOX OXUNANLAR