Makqreqor həkimlər üçün 1 milyon avro dəyərində qoruyucu vasitələr alacaq

26.03.2020 09:53

İrlandiyalı MMA döyüşçüsü Konoq Makqreqor İrlandiyada koronavirusa yoluxan xəstələrlə işləyən hərkimlər və tibbi personal üçün 1 milyon avro dəyərində qoruyucu vasitələr alacaq.

Xezerxeber.az-ın məlumatına görə, K.Makqreqor bu barədə İrlandiyanın Maliyyə naziri Paskal Donoxyuya bildirib.

Nazirlər yazışmanın "skrinşotları" döyüşçünün "Twitter" səhifəsində paylaşılıb.

K.Makqreqor alacağı vasitələri koronavirusdan ən çox zərərçəkən Lenqster əyalətinin xəstəxanalarına verəcəyini bildirib.

Qeyd edək ki, hazırda İrlandiyada 1,3 min koronavirusa yoluxan şəxs var, 7 nəfər ölüb.

© xezerxeber.az


133 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR