Çində son sutkada 6 nəfər koronavirusdan ölüb

26.03.2020 08:50

Son bir gündə Çində yeninövkoronavirusinfeksiyasındanaltı nəfər ölüb, xaricdə yoluxubölkəyə qayıdan insanların sayı 67 nəfər artaraq 541 nəfərə çatıb.

Xezerxeber.az TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin Gigiyena və Səhiyyə Məsələləri üzrəDövlət Komitəsi açıqlama yayıb.

Məlumata görə, Çində epidemiyanın baş verdiyi bütün dövr ərzindəyoluxmuş insanların 91%-i, o cümlədən son bir gündə 401 nəfər sağalıb.Virusun yayıldığı üç ay ərzində yoluxmuşların sayı 81 mini keçib, infeksiya nəticəsində rəsmi ölüm səviyyəsi– 4% (3287 nəfər).

Artıq bir neçə gündür ki, ÇXR-də yerli yoluxma hallarıqeydə alınmır.Xəstəliyə yoluxanların böyük əksəriyyəti xaricdən, ümumiyyətləAvropa ölkələrindən və ABŞ-dan gəlir. Epidemiyanın təkrarlanmasının qarşısını almaq üçün rəsmilər ölkəyə gələnlər üçün iki həftəlik məcburi karantin tətbiq edirlər.

Son məlumatlara görə, yoluxmuş insanlarla yaxın təmasda olan 14,7 mindən çox insan ÇXR həkimlərinin nəzarəti altındadır. Ölkədə virusa yoluxmaqda şübhəli bilinən 159 nəfər var, onlar da karantindədir.

© xezerxeber.az


109 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR