Tokio Olimpiya və Paralimpiya Oyunları bu il keçirilməyəcək - RƏSMİ

24.03.2020 17:12

Tokio Yay Olimpiya Oyunları və Paralimpiya Oyunları bir il müddətinə təxirə salınıb.

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) saytı xəbər verir ki, koronavirus səbəbindən yarışın 2021-ci ildə keçirilməsi qərara alınıb.

Bu barədə qərar BOK-un prezidenti Tomas Bax və Yaponiyanın Baş naziri Abe Sinzonun birgə keçirdiyi konfransdan sonra qəbul edilib. Lakin 2021-ci ildə keçiriləcək yarışın adı "Tokio-2020” adlandırılacaq.

© xezerxeber.az


136 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR