“Qalatasaray”ın ikinci prezidenti koronavirusa yoluxdu

23.03.2020 13:17

Türkiyənin "Qalatasaray” klubununikinci prezidenti Abdurrahim Albayrak və həyat yoldaşı Şükran Albayrakın yeni tip koronavirus testləri müsbət nəticə verib.

Bu barədə "Hürriyet” qəzetinin yazarı Mehmet Üstündağ məlumat yayıb.

"Qalatasaray”ın rəhbərlərindən Abdurrahim Albayrakötən həftə koronavirus şübhəsi ilə Yeşilköydəki "Acıbadem International” xəstəxanasına aparılıb.

İlk testi mənfi, ikincisi müsbət çıxan Albayrakın həyat yoldaşı Şükran xanımın da koronavirusa yoluxduğunu öyrəndim. Karantinə götürülən cütlüyün müalicəsi davam edir”, - Üstündağ bildirib.

© xezerxeber.az


183 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR