BNA 20 Yanvar dairəsində hərəkəti bu cür təşkil edəcək - VİDEO

25.02.2020 12:50

Son günlər 20 Yanvar dairəsində hərəkətin təşkili ilə bağlı edilən dəyişikliklər xaotik vəziyyət yaradıb.

Ərazidə dəhşətli tıxac müşahidə olunur. Artıq bəzi sürücülər vəziyyətə öyrəşdiyi üçün qismən yaxşılaşma onları sevindirir.

XəzərXəbər-in əldə etdiyi məlumata görə, Bakı Nəqliyyat Agentliyi ərazidə hərəkəti yeni formada təşkil etməyə çalışır. Bu barədə artıq videoçarx da hazırlanıb. Belə ki, Şamaxinka istiqamətindən gələrək dairəyə daxil olan sürücülər birbaşa Tbilisi prospektinə girə bilməyəcək. Digər dəyişikliklər də gözlənilir.


 

© xezerxeber.az


782 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR